Millət Vəkili İqbal Məmmədov Şəhid Leytenant Vusal Məlikovun anım mərasimində iştirak etdi

16 sentyabr 2023-cü il tarixdə Almu kəndində şəhid Leytenant Vusal Bəxtiyar oğlu Məlikovun il mərasimi keçirilb.

Şəhid Bəxtiyar Məlikov 2022-ci il 13-ü sentyabrda genişmiqyaslı erməni təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan qəhrəman şəhidlərdən biridir.

Turanın səsi ” xəbər verir ki , Şəhidin il mərasimində Milli Məclisin deputatı İqbal Məmmədov Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasovla birgə , rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təçkilat rəhbərləri, şəhid ailə üzvləri, şəhidin döyüş yoldaşları və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Eyni zamanda, kənd qəbiristanlığında ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhid Natiq Namiq oğlu Tahirlinin məzarı ziyarət edilib, üzərinə gül dəstələri qoyulub.

Deputat daha sonra rayon icra hakimiyyəti başçısı Ə.Abbasovla birgə şəhidin ailəsinin yaşadığı evə gələrək onları ziyarət edib, qayğı və problemləri ilə maraqlanıblar.

Şəhidin atası Bəxtiyar Məlikov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir