Məcburi köçkünlərə hüquqi yardım göstərilib

0

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası arasında imzalanmış memoranduma uyğun olaraq, Abşeron rayonunun Masazır qəsəbəsindəki məcburi köçkünlər üçün inşa edilmiş yaşayış kompleksində 28 dekabr – Azərbaycanda vəkillərin peşə bayramı gününə həsr edilmiş pulsuz hüquqi yardım aksiyası təşkil olunub.

Bu barədə Turanın səsi – nə komitətinin mətbuat xidmətindən bildirilib .

Məcburi köçkünlərlə görüşdə Prezident İlham Əliyevin bu kateqoriyadan olan  vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirdiyi, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın onların problemlərinin həllinə  xüsusi diqqət göstərdiyi bir daha xatırladılıb.

Tədbirdə  Dövlət Komitəsinin Hüquq və kadrlar şöbəsinin müdiri vəzifəsini icra edən hüquq sektorunun müdiri Mirhüseyin Hüseynov, Xırdalan  Şəhər Vəkil Bürosu rəhbərinin müavini Toğrul Vəliyev çıxış edərək, ölkəmizdə məcburi köçkünlərin dövlət tərəfindən hüquq və mənafelərinin qorunması, onların sosial müdafiəsinin təmin olunması, Böyük Qayıdışa hazırlanması, bu zaman qarşıya çıxan hüquqi məsələlərin həlli və s. barədə fikirlərini bildiriblər.

Dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə hazırda ölkəmizdə hüquqi islahatların aparıldığı, bu islahatların insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunmasına şərait yaratdığı, məhkəmə-hüquq sistemində şəffaflığın daha da genişləndirildiyi, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə vətəndaşlara göstərilən hüquqi xidmətlərdə ciddi keyfiyyət dəyişikliyinin baş verdiyi qeyd edilib.

Bildirilib ki, qaçqınların və məcburi köçkünlərin hüquqlarının qorunması, qanuni mənafelərinin təmin edilməsi dövlətimizin bu kateqoriyadan olan insanlarla iş sahəsində apardığı siyasətin vacib elementidir. Dövlət Komitəsi ilə Vəkillər Kollegiyası arasında əməkdaşlıq haqqında imzalanmış memoranduma əsasən, bu qurumun mənsubları məcburi köçkünlərin hüquqi maarifləndirilməsinə və ödənişsiz hüquqi yardım almasına  töhfə verirlər.

Tədbirdə iştirak edən məcburi köçkünlərə vətəndaşların müraciətlərinə baxılması qaydaları, pensiya təminatı, məcburi köçkünlərin imtiyazları, sahibkarlıq məsələləri və s. barədə ətraflı məlumat verilib.

Sonra məcburi köçkünlərin fərdi müraciətləri dinlənilib, sualları cavablandırılıb, həmçinin hüquqi yardıma ehtiyacı olan 40 nəfərə yaxın məcburi köçkünə pulsuz hüquqi yardım göstərilib, müraciətləri dinlənilərək aidiyyəti qurumlara sorğularının ünvanlanacağına dair məlumat verilib.

Qeyd edək ki, məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərilməsi respublikamızın digər ərazilərində də təşkil olunacaq.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir