“Landmark” hərraca çıxarıldı: Bakının göbəyindəki möhtəşəm bina neçəyə satılır?

Nizami küçəsi 90 A ünvanında yerləşən 21 mərtəbəli “Landmark” biznes mərkəzi hərrac vasitəsi ilə satışa çıxarılıb.

turaninsesi.az” xəbər verir ki, bu barədə herrac.gov.az-da məlumat yer alıb.

Sahəsi 32 min 653,75 kv. metr olan biznes mərkəzinin ilkin satış qiyməti 120 milyon manat təşkil edir. Hərracda iştirak etmək istəyənlər 6 milyon manat beh ödəməlidirlər.

“Landmark” biznes mərkəzi kiprli iş adamı Sami Efruza məxsus olub. Sami Efruz vəfat etdikdən sonra biznes mərkəzi onun oğlu Eran Müdüroğlu idarə edib. 

Mərkəzin rəhbəri də Eran Müdüroğlunun xanımı Nərgiz Nəsrullayeva idi. O, 1996-2001-ci illərdə Azərbaycanın iqtisadiyyat naziri, 2001-2007-ci illərdə Hesablama Palatasının sədri vəzifəsində işləyən Namiq Nəsrullayevin qızıdır.

Bir müddət əvvəl, daha doğrusu, bu ilin aprelində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi Eran Müdüroğlu barəsində məhkəməyə xüsusi icraat qaydasında müraciət edib. 

İdarə onun Azərbaycandan çıxışının məhdudlaşdırılmasını istəyirdi. 

Nərgiz Nəsrullayeva o vaxtlar Azərbaycanı tərk edib. Ehtimala görə, ölkəni tərk etməsi Müdüroğlu ailəsinin Bakıdakı biznesinin vəziyyəti ilə izah və ailənin külli miqdarda vergi borcunun yarandığı iddia edilirdi. 

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI