Konstitusiya Məhkəməsinin hakimi vəfat edib

0

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Mahir Muradov vəfat edib.

Turanın səsi ” in xəbərinə görə, o, uzun sürən xəstəlikdən sonra 66 yaşında dünyasını dəyişib.

Konstitusiya Məhkəməsinin Mətbuat Xidməti məlumatı təsdiqləyib.

Qeyd edək ki, M.Muradov 25 iyul 1956-cı ildə Bakı şəhərində anadan olub.

1982-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Əmək fəaliyyətinə 1973-cü ildən başlayıb.

Həmin ildən 1979-cu ilədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi orqanlarında çalışıb.

1979-cu ildən 1983-cü ilədək “Xəzərneftqazdonanma” İdarəsində müxtəlif vəzifələrdə çalışıb.

1983-cü ildən başlayaraq 2012-ci ilədək prokurorluq orqanlarında stajor, böyük müstəntiq, şöbə prokuroru, prokuror vəzifələrində işləyib.

2004-cü ildən 2012-ci ilə qədər Bakı şəhəri Nizami rayon prokuroru vəzifəsində çalışıb.

16 oktyabr 2012-ci ildə Azərbaycan Prezidentinin təqdimatı əsasında Milli Məclisin qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub.

2016-cı ildə Prezidentin sərəncamı ilə “Əməkdar hüquqşünas” fəxri adı verilib.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir