İsrail “İslam cihadı” qruplaşmasının iki liderini zərərsizləşdirib
İsrail ordusu Qəzza zolağında “İslam cihadı” qruplaşmasının iki liderini zərərsizləşdirib.
BEY.AZ xəbər verir ki, xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.
Məlumata əsasən, ötən gün son zamanlarda İsrailə qarşı terror və raket hücumlarının təşkilində fəal iştirak edən Xalid Mənsur zərərsizləşdirilib. Onunla birgə qruplaşmanın siyasi rəhbərliyinin üzvü Əhməd Madləl də zərərsizləşdirilib.
Xatırladaq ki, bir neçə gün öncə qruplşmanın hərbi qanadı “Əl-Qüds Briqadaları”nın komandiri Taysir əl-Cabiri zərərsizləşdirilib.
Qeyd edək ki, Avqustun 5-də İsrail Müdafiə Qüvvələri “İslam Cihadı” qruplaşmasına qarşı “Sübh” əməliyyatına başlayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.