İcra başçısının qardaşını “tok” vurdu – FACİƏ
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevə ağır itki üz verib.
“turaninsesi.az“-ın məlumatına görə, icra başçısının qardaşı Habil Quliyev faciəli şəkildə vəfat edib.
Mərhumu elektrik cərəyanı vurub. Hadisənin dünən baş verdiyi qeyd edilir. Hüzr mərasiminin Habil Quliyevin ata evində – Lənkəran şəhərində olacağı bildirilib.
Allah rəhmət eləsin.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI