İçərişəhərə giriş məhdudlaşdırılıb
Bakıda İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən Əziz Əliyev küçəsinə qədər avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
“turaninsesi.az” xəbər verir ki, Qoşa Qala qapıları qarşısındakı meydanda turist avtobusları üçün minib-düşmə məntəqələrinin yaradılması məqsədilə, Əziz Əliyev küçəsi avtomobillərin hərəkəti üçün bağlanıb.
Artıq ərazidə “giriş qadağandır” nişanı da quraşdırılıb.
İçərişəhər ərazisinə sakinlərin və burada yerləşən diplomatik nümayəndələrin, operativ, texniki, mənzil-kommunal xidmətlərinin, müəssisələrin təchizat zəncirinin idarə edilməsi üçün nəzərdə tutulan nəqliyyat vasitələri istisna olmaqla, bütün avtomobillərin girişi məhdudlaşdırılıb. Sözügedən nəqliyyat vasitələrinin İçərişəhərə girişinə Neftçilər prospektindən icazə veriləcək.
Ərazidə piyada zonası və mikromobillik zolaqlarının yaradılması planlaşdırılır.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI