Hikmət Hacıyevdən Bərdə terrorunun ildönümü ilə bağlı paylaşım

0

“Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə şəhəri və ətraf kəndlərinin kassetli sursatlarla dolu “Smerç” raketləri ilə bombalanmasından 4 il ötür. Nəticədə 30-a yaxın günahsız dinc sakin həlak olub, daha 100 nəfər ağır yaralanıb”.

turaninsesi.az” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkədəki paylaşımında yazıb.

“Beynəlxalq Cinayət Məhkəməsinin tərəfi kimi Ermənistan Respublikası Azərbaycanın günahsız mülki əhalisinə qarşı bu və digər ağır cinayətləri törətmiş bütün hərbi cinayətkarları məsuliyyətə cəlb etmək öhdəliyi və hüquqi məsuliyyəti daşıyır”, – Prezidentin köməkçisi qeyd edib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir