Hərbi xidmətə çağırış yaşının azaldılması hazırda orduda xidmət edənlərə şamil olunur?
Hərbi xidmətə çağırış yaşının azaldılması hazırda Azərbaycan Ordusunda xidmət edənlərə şamil olunmur.
“turaninsesi.az” xəbər verir ki, bunu “Konstitusiya Araşdırmaları Fondu”nun sədri Əliməmməd Nuriyev deyib.
Ekspert “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarında dəyişikliklərdən sonra yaranan bir sıra suallara aydınlıq gətirib.
Ə.Nuriyev xatırladıb ki, qanunun geriyə qüvvəsi yoxdur və dəyişikliklər bundan sonrakı müddətdə olacaq çağırışçılara şamil ediləcək.
“Dəyişikliklər imzalanandan sonra hərbi xidmətə çağırılan şəxslərə şamil olunur. Yəni qanun qəbul ediləndə əvvəldən xidmətə çağırılmış şəxslər çağırışçı yox, hərbi qulluqçu idilər. Qanunun subyekti hərbi qulluqçular yox, çağırışçılar olduğundan dəyişiklik hərbi qulluqçulara aid edilməyəcək”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI