Hərbi prokuror: Qəsdən adam öldürmə cinayətləri 50% azalıb
2023-cü ilin birinci yarısı ilə müqayisədə 2024-cü ilin eyni dövründə Azərbaycanın Hərbi Prokurorluq orqanlarında qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 50%, özünü öldürmə hadisələri 80% azalıb.
“turaninsesi.az” xəbər verir ki, bunu baş prokurorun müavini – hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev Hərbi Prokurorluqda keçirilən əməliyyat müşavirəsində deyib.
O vurğulayıb ki, 2023-cü ilin birinci yarısı ilə müqayisədə 2024-cü ilin eyni dövründə qəsdən adam öldürməyə cəhd cinayətləri ümumiyyətlə qeydə alınmayıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI