Gələn ilin sonuna qədər Ağdama 20 min əhali köçürüləcək

2026-ci ilin sonuna qədər Ağdama 20 min əhali köçürüləcək.
“turaninsesi.az” xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə layihələndirilmə işləri yekunlaşır, gələn ilin sonuna qədər dövlət proqramına daxil olan layihələr başa çatacaq:
“Bu il Ağdam şəhərinə və ətrafında üç kəndinə on minə yaxın əhali köçürülməsi nəzərdə tutulub. 2026-ci ilin sonuna qədər isə 20 min əhalinin köçürülməsi nəzərdə tutulub”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI