Əzizov 57 nəfəri qəbul etdi: Dinlədi, göstəriş verdi, kömək etdi

0

Təsdiq olunmuş qrafikə uyğun olaraq Beyləqan Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaş qəbulu həyata keçirilib.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov müavinləri, şöbə müdirləri, rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə ümumilikdə 57 nəfər vətəndaşı qəbul edib. 

Əziz Əzizov sakinlərin qaldırdıqları bütün məsələlərin həlli üçün tədbirlər görüləcəyini diqqətə çatdırıb və aidiyyəti şəxslərə sakinlərin qaldırdıqları problemlərə operativ yanaşılması ilə bağlı müvafiq tapşırıqlar verib.

Vətəndaşlar əhalinin problemlərinin həlli istiqamətində görülən işlərə, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir