DTX-nin saxladığı nazir müavini bu gün işə çıxıb? ( VİDEO )
Xəbər verdiyimiz kimi, noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirib.
Bu barədə rəsmi açıqlama hələlik olmasa da, əksər media orqanlarında yayılan xəbərlərdə əməliyyat nəticəsində bir neçə yüksək vəzifəli məmurun, o cümlədən, nazirin birinci müavini Elnur Əliyevin də saxlanıldığı bildirilirdi. Həmin əməliyyatda saxlanılan Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov barəsində ötən gün artıq həbs qətimkan tədbiri seçilib.
“Turanın səsi” -in məlumatına görə bu gün isə Oxu.az saytında nazirin birinci müavini E. Əliyevin iş başında olması haqda xəbər yayımlanıb.
Məlumatı dəqiqləşdirmək üçün Qafqazinfo Mədəniyyət Nazirliyinin mətbuat katibi Nuridə Allahyarova ilə əlaqə saxlayıb. Nazirlik sözçüsü cavab olaraq nazir müavininin iş başında olduğunu nə təsdiq, nə də təkzib edə bilib: Sitat “Nazir müavini niyə işdə olmamalıdır ki?! Bir dövlət qurumunun digər dövlət qurumunda qanunvericilik və səlahiyyətləri çərçivəsində əməliyyat aparmağa hüquqi ixtiyarı var. Burada qeyri-adi heç nə yoxdur. Bununla bağlı heç bir rəsmi açıqlama verilməyibsə, nazir müavininin işdə olmamasına da bir səbəb görmürəm. İşinin başında olmalı hər kəs işinin başındadır”.Sitatın sonu
Xatırladaq ki, 1979-cu il təvəllüdlü Elnur Əliyev 2021-ci ildə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədri vəzifəsini icra edir.
Saxlanılma xəbərləri ilə yanaşı, nazir müavininin şəxsi həyatı ilə bağlı da yerli mediada bəzi qalmaqallı məlumatlar yayılıb.
Elə indicə
“Qafqazinfo”nun əldə etdiyi yeni məlumata görə, Elnur Əliyev bu gün işə çıxmayıb və o, DTX-nin keçirdiyi əməliyyat zamanı istintaqa cəlb olunub.
⤵️
“TURANIN SƏSİ” Təsisçi Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09