Dövlət qurumlarına kiberhücum: “O vaxt “Python Team” məsuliyyəti öz üzərinə götürmüşdü”

“AZAL-ın saytına həyta keçirilən kiberhücumu “Python Team” adlı bir qrup öz üzərinə götürmüş və bunu “Telegram” şəbəkəsində etiraf etmişdi”.

Bunu Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov bildirib.

O, AzTV, ASAN Xidmət, Milli Məclis, Mərkəzi Seçki Komisssiysı (MSK), habelə bir sıra nazirliyin saytına son kiberhücum faktını şərh edib.

Xatırladaq ki, bundan əvvəl “Global Media” holdinqinin saytları və Bakı TV oxşar kiberhücuma məruz qalıb.

Elvin Abbasov bildirib ki, DDOS hücumlarında əsas məqsəd internet resurslarına girişin məhdudlaşdırılmasıdır:

“Azərbaycana müxtəlif xarici mənbələrdən bir çox fərqli üsullarla kiberhücumlar baş verir. Təbii ki, hücuma məruz qalan resursun həcminə, gücünə görə fərqli yanaşmalar olur. Məsələn, bank kartlarına hücum zamanı, adətən, kiberdələduzluq halları baş verir. Onlar üçün kənar müdaxilə və zərərli yazılım (alqoritm) halları çox azdır. Bu hücumların 98 faizi kiberdələduzluqdursa, 2 faizi kənar müdaxilə, daha doğrusu, şəxsi məlumatların oğurlanmasıdır.

Biznes strukturlarına daha çox kənar müdaxilə baş verir. Yəni onların kompüterlərinə sızılır, verilənlər bazası (data-baza) ələ keçirilir və sayta girişi məhdudlaşdırılır. Amma dövlət resurslarına kiberhücum bir qədər fərqlidir. Dövlət resursları daha güclü qorunduğu üçün onlara kənar sızma və zərərli yazılımlarla yoluxma prosesi daha çətindir.

DDOS hücumları heç bir kənar müdaxilə, heç bir serverə kənar sızma olmadan sadəcə həmin sistemi məhdudlaşdırmağa, dayandırmağa köklənir. Yəni DDOS hücumu ümumi bir anlayışla desək, bir resursun qaldıracağından daha artıq həcmdə ona sorğu göndərərək, həmin resursu məhdudlaşdırmaqdır”. 

Elvin Abbasov qeyd edib ki, heç bir dövlət qurumlarında sızma və dataların oğurlanması müşahidə olunmur:

“Azərbaycanın dövlət qurumlarına da bu tip hücumlar baş verir. Eyni anda milyonlarla sorğu göndərilərək, həmin resursun çökməsinə istiqamətli hücumlar edilir. Bu son bir neçə gündə intensivləşib. AZAL-ın saytına həyta keçirilən kiberhücumu “Payton Team” adlı bir qrup öz üzərinə götürmüş və bunu “Telegram” şəbəskisndə etirf etmişdi.

KİV-lərə kiberhücumda, yalan-doğru, “hüseynçilər” adlı qrupun adı hallandı. Dövlət qurumlarına edilən hücumlarda isə ümumiyyətlə mənbə yoxdur. Çünki DDOS hücumu zərərli yazılım kimi deyil.

Ümumi görünən odur ki, Azərbaycana müxtəlif xarici mənbələrdən DDOS hücumları müşahidə olunur. Dövlət qurumları belə hücumları uğurla dəf edir. Təbii ki, hücumlar həddən artıq çox olduqda qurumlar özlərini müdafiə etmək üçün qısamüddətə bütün İP-ləri bloklayırlar. Heç bir dövlət qurumlarında sızma və dataların oğurlanması müşahidə olunmur. DDOS hücumundan heç bir resurs tam olaraq sığortalanmayıb”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI