Dövlət Komitəsinin sədr müavini: “Televiziyaya zəng vurub biabırçılığı dayandırmağı tələb etdim”

Bu gün televiziyalardakı sosial verilişlərdə insanların şəxsi həyatları açıq-aşkar efirə verilir”.

turanın səsi ” in xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova “İnsan alveri ilə mübarizədə medianın rolu: qadın və uşaq hüquqları” adlı təlimdə deyib.

O bildirib ki, bəzi televiziyalarda yayımlanan verilişlərdə hadisənin qarşısını almaq əvəzinə problem reytinq xətrinə və kanalın özünə sərf edən formada təqdim olunur.

S.Qəhrəmanova bu yaxınlarda belə hadisəyə görə televiziyalardan birində yayımlanan verilişə zəng etdiyini söyləyib: “Mən efirə zəng vurub biabırçılığı dayandırmağı tələb etdim. Axı məsələni bu formada ictimailəşdirmək insanın şəxsi həyatına müdaxilədir”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir