Dövlət Komitəsində Moldova naziri ilə görüş olub

0

Oktyabrın 20-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkəmizdə səfərdə olan Moldova Respublikasının əmək və sosial müdafiə naziri Marçel Spatarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonağa Ermənistanın işğalçılıq və deportasiya siyasəti nəticəsində ölkəmizdə yaranmış  qaçqınlıq və məcburi köçkünlük problemi, onun tarixi kökləri və həlli istiqamətində həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verilib. Ölkəmizdə qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edildiyi, dövlətimizin başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu kateqoriyadan olan vətəndaşlara xüsusi diqqət və qayğı göstərdikləri bildirilib.

Torpaqlarımız Ermənistanın işğalından azad edildikdən sonra yaranmış vəziyyət, məcburi köçkünlərin doğma yurda qayıdışı, bu məqsədlə görülən genişmiqyaslı işlər barədə də qonaqlara ətraflı məlumat verilib.

Qeyd olunub ki, Böyük Qayıdışın təşkili könüllülük, təhlükəsizlik və layiqli həyat şəraitinin yaradılması kimi beynəlxalq prinsiplərə əsaslanır. İstər məcburi köçkünlük dövründə, istərsə də indi qayıdışa hazırlıq görülərkən məcburi köçkünlərin məşğulluğunun artırılması məsələsinin də prioritet istiqamət olduğu bildirilib, qonaqlar bu sahədə həyata keçirilən layihələr barədə məlumatlandırılıb.

Moldovanın əmək və sosial müdafiə naziri Marçel Spatar səmimi qəbula görə təşəkkür edib. O, səfərinin ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirmək məqsədi daşıdığını vurğulayıb, həmçinin bölgədə yaranmış böhranlı vəziyyətlə əlaqədar Moldovanın  üzləşdiyi qaçqınlıq problemindən danışıb, onun həlli sahəsində təcrübə mübadiləsinin faydalı olduğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir