DİQQƏT! Bu tarixdə Bakının suyu yenidən kəsiləcək

0

30 avqust gecə saat 00:00-dan başlayaraq gün ərzində Nəsimi, Xətai, Səbail rayonlarını içməli su ilə təmin edən d500 mm magistral xəttində təmir-bərpa işləri aparılacaq.

turaninsesi.az” xəbər verir ki , Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat Xidmətindən bildirilib. 

Qeyd edilib ki, bununla əlaqədar Xətai rayonunun Neftçilər prospekti ərazisində, Yusif Səfərov küçəsinin bəzi yaşayış massivlərində, Səbail rayonunun Rəşid Behbudov, Bülbül, Puşkin, Zərifə Əliyeva, Üzeyir Hacıbəyov, Xaqani, Nizami küçələrinin bir hissəsində, Nəsimi rayonunun Şamil Əzizbəyov, Dilarə Əliyeva, 28 May, Rəşid Behbudov, Elman Ovçuyev, Puşkin, Mehdi Mehdizadə küçələrinin, Droqal döngəsi, Azadlıq prospektinin bir hissəsində suyun verilməsində fasilə yaranacaq. 

Suyun əvvəlki rejimlə verilməsi 31 avqust gecə saat 00:00-dan sonra bərpa olunacaq. 

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir