DEPUTAT Balakəndə iftar süfrəsində iştirak etdi, birlikdə oruc açıldı-Meşəşambul kəndi
Ramazan ayı insanları bir araya gətirən, paylaşma və mərhəmət duyğularını gücləndirən ən müqəddəs zamanlardandır. Bu ayın ən gözəl ənənələrindən biri isə iftar süfrələridir – möminlərin bir masa ətrafında toplanaraq həmrəyliyi, qardaşlığı yaşatması.
Balakən rayonunda illərdir davam edən bir gözəl ənənə var: imkanlı şəxslərin, xeyirxah insanların Ramazan boyunca iftar süfrələri açması, ehtiyacı olanlara ərzaq yardımı etməsi. Bu il də həmin ənənəyə sadiq qalan hörmətli millət vəkilimiz Nəsib müəllim rayonun müxtəlif bölgələrində – şəhərdə, kəndlərdə – iftar süfrələri təşkil edir, imkansız ailələrə ərzaq yardımları çatdırır. Dünən şəhərdə, bu gün isə Meşəşambul kəndində oruclu insanlarla bir araya gələrək iftar süfrəsində iştirak etdi, birlikdə oruc açıldı.
Meşəşambul əhalisi ötən yay kəndin bir kilometrdən çox yolunun asfaltlanmasını minnətdarlıqla xatırlayaraq, bu mübarək ayda da onları unutmayan Nəsib müəllimə təşəkkürlərini “Yeni Balakən” qəzeti vasitəsilə çatdırmağı istədilər. Bu təşəkkür həm yolun çəkilişinə, həm də kənddə təşkil olunan iftar süfrəsinə görədir.
İftar süfrələri bununla bitmir – sabah yenə şəhər mərkəzində, biri gün Qaysa kəndində və digər bölgələrdə davam edəcək. Ramazan boyunca bu xeyirxah ənənə sürəcək, insanlar bir araya gələcək, birlik və bərabərlik ruhu daha da güclənəcək.
Allah qəbul etsin verilən iftarları, tutulan orucları. Amin.


Arzu Paşaqızı