Daha 6 nəfər Suriyadan Azərbaycana gətirildi

Azərbaycan hökumətinin gördüyü mərhələli və koordinasiyalı tədbirlər nəticəsində oktyabrın 22-də Suriyadan 6 nəfərin (2 qadın və 4 uşaq) ölkəmizə repatriasiyası həyata keçirilib.
“turaninsesi.az” – a XİN-dən verilən məlumata görə , müvafiq dövlət qurumlarının nümayəndələri Suriyaya ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub.
Səfər zamanı vətəndaşlarımızın repatriasiyası ilə bağlı Suriyanın aidiyyəti dövlət qurumları ilə bir sıra görüşlər də keçirilib.
Arzu Paşaqızı