Bütün marketlərdən yumurtalar yığışdırıldı – Səbəbi bu imiş…

Fransada məşhur supermarketlərdən satılan bəzi yumurta qutuları sağlamlıq risklərinə görə geri çağırılıb. 

turaninsesi.az” xəbər verir ki, açıqlamada bu yumurtaların salmonella bakteriyasına yoluxması ilə bağlı xəbərdarlıq edilib.

Təsirə məruz qalan məhsulların yararlılıq müddəti 24 oktyabr – 31 oktyabr 2024-cü il tarixləri arasındadır və bu yumurtalar 29 sentyabr – 10 oktyabr tarixləri arasında rəflərdə olub.

Digər tərəfdən, istehlakçılara aldıqları məhsulların kodlarını yoxlamaq və istehlak etməmək barədə xəbərdarlıq edilib.

Məlumat üçün qeyd edək ki, heyvan və insan bağırsaqlarında yaşayan B Salmonella nəcislə xaric olur və tez-tez çirklənmiş su və ya qida vasitəsilə insanlara ötürülür. Bu bakteriyalar adətən qızdırma, qusma, ishal kimi əlamətlərlə özünü göstərsə də, mədə-bağırsaq iltihabı, tif kimi bir çox xəstəliyin əsas səbəblərindən biridir. Qəbul edildikdən sonra simptomlar adətən 12-36 saat ərzində görünür və 2 ilə 7 gün arasında davam edə bilər.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir