Bayrağa hörmətsizlik edən məmur barəsində cinayət işi açıldı
Bərdədə “bayraq qalmaqalı” ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Xəbərə görə, qeyd olunan faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Bərdə Rayon Polis Şöbəsinə tapşırılmışdır