Baş Prokurorluğun bir sıra yüksək vəzifəli əməkdaşlarının fəaliyyətinə xitam verilib – SİYAHI+ FOTO

0

Prokurorluğun bir sıra işçilərinin qulluqda olmanın son yaş həddinə çatmalarına görə qulluqkeçmələrinə xitam verilib.

Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Belə ki, prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru baş ədliyyə müşaviri Osmanov Mövlud Ömər oğlu, Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru baş ədliyyə müşaviri Nemətli Firdovsi İlyas oğlu və Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin böyük prokuroru baş ədliyyə müşaviri Əliyev Əlixan Ataxan oğlunun qulluq keçmələrinə xitam verilib.

Bununla əlaqədar Baş prokuror Kamran Əliyev həmin şəxsləri Baş Prokurorluğun inzibati binasında qəbul edib.

Mövlud Osmanov və Firdovsi Nemətlini prokurorluğun fəxri fərmanı, Əlixan Əliyevi isə “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib və onlara hədiyyələr təqdim edilib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir