Baş nazirdən gediş haqqı ilə bağlı QƏRAR

0

Nazirlər Kabineti “Müntəzəm sərnişin daşımalarının həyata keçirilməsi nəzərdə tutulan avtonəqliyyat vasitələrinin gediş haqqının elektron qaydada ödənilməsi üçün ödəniş alətləri ilə təchiz olunması halları”nı təsdiq edib.

Turanın səsi ” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, həmin hallar aşağıdakılardır:

– Bakı, Sumqayıt və Xırdalan şəhərlərinin inzibati-ərazi vahidləri daxilində şəhərdaxili (rayondaxili) müntəzəm sərnişin daşımalarının həyata keçirildiyi halda;

– Bakı, Sumqayıt və Xırdalan şəhərlərinin inzibati-ərazi vahidləri arasında şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşımalarının həyata keçirildiyi halda;

Digər inzibati ərazi vahidləri üzrə müntəzəm sərnişin daşımalarının həyata keçirilməsi nəzərdə tutulan avtonəqliyyat vasitələrinin gediş haqqının elektron qaydada ödənilməsi üçün ödəniş alətləri ilə təchiz olunması “Avtomobil nəqliyyatı haqqında”qanunun 28.3-cü maddəsinə uyğun təşkil edilir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir