Bakının bəzi ərazilərində 5 gün su olmayacaq

Sabahdan Bakıda və Xırdalanda 5 gün suyun verilməsində fasilələr olacaq.

turaninsesi.az ” xəbər verir ki, Bakının Xəzər, Yasamal, Sabunçu, Xətai rayonlarının, eləcə də Abşeron rayonunun, o cümlədən Xırdalan şəhərinin bəzi ərazilərinə suyun verilməsində fasilələr yaranacaq.

Fasilələr Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan işlərlə əlaqədardır. 

Noyabrın 29-dan etibarən isə suyun verlişi adi rejimdə bərpa olunacaq.