Bakıda tramvay xətlərinin keçə biləcəyi ərazilər müəyyənləşdi

Azərbaycan hökuməti Bakıda tramvayların effektiv olacağı əraziləri müəyyənləşdirilib.

turaninsesi.az” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin Rəhman Hümmətov bildirib.

“Şəhər mərkəzində insanların hərəkəti üçün ən səmərəli vasitə metropolitendir. Tramvay Mehdiabad qəsəbəsindən Azadlıq prospektinə doğru , Binəqədidən keçməklə “28 may” metrostansiyasına qədər əhəmiyyətli ola bilər. “Seebreeze” istiqamətində də yeni yaşayış məntəqələri yaradıldığına görə həmin istiqamətdə də tramvay özünü doğrulda bilər”, – deyə o qeyd edib.