Bakıda avtomobilin yük hissəsində mənşəyi məlum olmayan ət aşkarlanıb

0

Bakıda avtomobilin yük hissəsində mənşəyi məlum olmayan ət aşkarlanıb.

Turanın səsi ” xəbər verir ki , bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Agentliyin müfəttişləri tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə Bakı şəhər, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində birgə keçirilən reyd zamanı fiziki şəxs Məmmədov Emin Əliqulu oğluna məxsus 99CE884 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin yük hissəsində baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə əməl olunmadan, müvafiq baytarlıq sənədləri olmayan, kəskin qoxuya malik, ümumi çəkisi 120 kiloqrama yaxın sümükdən ayrılmış mənşəyi məlum olmayan ət aşkar olunub.

Ekspertizasının aparılması məqsədilə nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Məhsullar saxlanca verilib və dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Araşdırmalar davam etdirilir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir