Bakıda 30 km/saat sürət limitli zona təşkil edilib
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyi paytaxtda 30 km/saat sürət limitli zona təşkil edib.
Məlumata görə, zonaya paytaxtın mərkəzi hissəsini əhatə edən 33 küçə daxildir. Artıq zonaya daxil olan küçələrdə müvafiq yol nişanları quraşdırılıb, nişanlanma işləri aparılıb.
30 km/saat sürət limitli zonanın bır sıra üstünlükləri yol hərəkəti iştirakçılarının təhlükəsizlik səviyyəsinin artırılması, yol qəzalarının və sağlamlığa dəyən ciddi zərərlərin azaldılması, hava keyfiyyətinin yüksəldilməsi, sosial mühitin inkişafı, səs kirliliyinin azaldılması, piyada hərəkətin, velosipedlərdən istifadənin stimullaşdırılmasıdır.
Zonaya daxil olan küçələr aşağıdakılardır:
1 Murtuza Muxtarov küçəsi,
2 Zərgərpalan küçəsi,
3 Mirzə Fətəli Axundzadə küçəsi,
4 Təbriz Xəlilbəyli küçəsi,
5 İslam Səfərli küçəsi,
6 Mirzə İbrahimov küçəsi,
7 Əlimərdan bəy Topçubaşov küçəsi,
8 Rəsul Rza küçəsi,(Xaqani ilə Zərifə Əliyeva küçələri arasında)
9 Qoqol küçəsi,
10 Məmməd Əfəndiyev küçəsi,
11 Nabatxanım Aşurbəyova küçəsi,
12 Rza Quliyev küçəsi,
13 Həsən Abdullayev küçəsi,
14 Adil Babayev küçəsi,
15 Rostropoviçlər küçəsi,
16 Dilarə Əliyeva küçəsi, (Səməd Vurğun küçəsi ilə Azərbaycan pr. arasında)
17 Çingiz Mustafayev küçəsi,
18 Vidadi küçəsi,
19 Bəşir Səfəroğlu küçəsi,
20 Əlövsət Quliyev küçəsi,
21 Həzi Aslanov küçəsi,
22 Tolstoy küçəsi,
23 Süleyman Tağızadə küçəsi,
24 Nizami küçəsi (Abdulla Şaiq – Azərbaycan pr arasında)
25 Əhməd Cavad küçəsi, ( Azərbaycan pr və Səid Rüstəmov küçələri arasında)
26 Səid Rüstəmov küçəsi,
27 Tərlan Əliyarbəyov küçəsi,
28 H.Z Tağıyev küçəsi,
29 Yusif Məmmədəliyev küçəsi,
30 Əbdülkərim Əlizadə küçəsi,
31 Zərifə Əliyeva küçəsi, ( Rəsul Rza və Məmmədəmin Rəsulzadə küçələri arasında)
32 Yusif Məmmədəliyev küçəsi,
33 Yusif Bəy İbrahimli küçəsi.