“Bakcell” və “Nar” operatorlarının şəbəkələrində problem yaranıb

0

Azərbaycanda “Bakcell” və “Nar” operatorlarının şəbəkələrində problem yaranıb.

Problemin aradan qaldırılması üçün işlər aparılır.

“Bakcell” şirkətindən “Report”a verilən məlumata görə, texniki nasazlıqla əlaqədar xidmətlərin göstərilməsində məhdudiyyətlər yaranıb: “Texniki heyət çətinliyin tez bir zamanda aradan qaldırılması üçün işlər görür. Yaranan çətinliyə görə dəyərli abunəçilərimizdən üzr istəyir və tez bir zamanda xidmətərimizin bərpa olunacağını bildiririk. Abunəçilərimizə əlavə məlumat veriləcək”.

“Na” şirkətindən “Report”a bildirilib ki, texniki çətinlik ilə əlaqədar şəbəkə xidmətlərində müvəqqəti fasilə yaranıb:

“Hazırda heyətimiz xidmətlərin ən qısa zaman ərzində bərpa edilməsi üçün çalışır. Yaranmış texniki çətinliyə görə abunəçilərimizdən üzr istəyirik”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir