Azərbaycanın şimal-qərb rayonlarında Ulu Öndərin xatirəsi yad edilib

Qax, Zaqatala, Balakən, Şəki və Oğuz rayonlarında Azərbaycan dövlətinin memarı, qurucusu və xilaskarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Beş rayonda keçirilən anım mərasimlərində yerli icra hakimiyyəti və hüquq mühafizə orqanlarının rəhbərləri, eləcə də idarə, müəssisə və təşkilatların kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirlər zamanı ulu öndər Heydər Əliyevin qeyd olunan rayonların mərkəzində ucaldılmış abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.

Ziyarətçilər ümummilli liderin xatirəsini dərin ehtiramla yad ediblər.

Səhər saatlarından başlayan ziyarət qeyd olunan rayonların ictimaiyyət nümayəndələri tərəfindən günün sonunadək davam edib.

Qax rayonunda Azərbaycan dövlətinin memarı, qurucusu və xilaskarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

“Turanın səsi” in məlumatına görə, mərasimdə rayon icra hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, idarə, müəssisə və təşkilatın kollektivləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları ulu öndərin şəhərin mərkəzində ucaldımış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər, ehtiramlarını bildiriblər.

Qeyd edək ki, anım günündə Qax şəhəri ilə yanaşı, rayonun kəndlərindən də minlərlə sakin ümummilli liderin abidəsini ziyarət etməyə gəlir.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir