“Azərbaycanda uşaqların ailə-cəmiyyət münasibətlərində yeri və rolu” ictimai rəy sorğusuna həsr olunmuş konfrans keçirilib

müharibədən zərər çəkmiş ailələr və uşaqlara göstərilən psixo-sosial xidmətin səviyyəsinin də inkişaf etdirilməsi sahəsində təhlillərin aparılacağını əlavə edib: “Nəzərdə tutulan təhlillər başa çatdıqdan sonra 2020-2025-ci illərdə görülən işlərin nəticələri ilə bağlı növbəti 5 il üçün perspektivləri daha aydın görərək planlarımızı həyata keçirə biləcəyik”.

Sədr, sonda təhlilin  nəticə və tövsiyələr hissəsinin təkcə dövlət qurumları üçün deyil, həm də vətəndaş cəmiyyəti və media üçün kifayət qədər vacib olduğunu diqqətə çatdırıb və birgə fəaliyyətin önəmini qeyd edib.

Daha sonra uşaqların, gənc nəslin tərbiyə olunması və hüquqlarının təmin olunması istiqamətində dövlət siyasətini özündə əks etdirən film nümayiş olunub.

STM İdarə Heyətinin üzvü, professor Tahirə Allahyarova Mərkəzin yaradılmasının əsas məqsədinin elmi tədqiqat əsaslı siyasətin və idarəçilik ənənəsinin Azərbaycana gətirilməsi olduğunu qeyd edərək, “Azərbaycanda uşaqların ailə-cəmiyyət münasibətlərində yeri və rolu” ictimai rəy sorğusunun nəticələrinin təqdimatı ilə çıxış edib. Aparılan tədqiqat barədə ətraflı məlumat verərək, bildirib ki, sorğu 9 coğrafi-iqtisadi rayonda keçirilib və 2400 respondent iştirak edib, bundan əlavə 24 ekspertdən keyfiyyət əsaslı tədqiqat rəyi alınıb.

Tədqiqatın əsas mesajlarını səsləndirən T. Allahyarova, internetdə uşaqlarla bağlı kontentin inkişaf etdirilməsi, uşaq verilişlərinin internet məkana gətirilməsi, sosial şəbəkələrdə uşaqlarla bağlı keyfiyyətli azərbaycan dilli kontentin yaradılmasına ehtiyac olduğunu diqqətə çatdırıb.

Azərbaycan Respublikası Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, Nazirliyin ailə siyasətinin həyata keçirilməsi istiqamətində sosial-iqtisadi inkişaf strategiyası və uşaq qayğı sisteminin həyata keçirilməsi sahəsində müxtəlif tədbirlərin həyata keçirdiyini vurğulayıb. O, uşaqların sosial-psixoloji xidmətlərə əlçatanlığının təmin edilməsi, onların sosial müdafiəsinin təşkili sahəsində  görülən işlər barədə məlumatları diqqətə çatdırıb.

Azərbaycan Respublikası Gənclər və idman nazirinin müavini İndira Hacıyeva, aktual mövzuya toxunduğuna görə sorğunun vacibliyini qeyd edib və təhlildə Nazirliyin fəaliyyəti ilə bağlı istiqamətlərə diqqət çəkib. Erkən yaşlardan gənclərin bilikli, bacarıqlı və vətənpərvər ruhda böyüdülməsinin önəmini vurğulayaraq, qeyri-formal təhsillə bağlı məlumatları diqqətə çatdırıb.

Azərbaycan Respublikası Vüqar Məmmədov araşdırmanın qiymətli təhlil materialı olduğunu bildirərək, Nazirliklə Komitə arasında mövcud sıx əməkdaşlığın daha da genişləndirilməsinə töhfə olacağını söyləyib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva çıxış edərək, Agentlik tərəfindən hər il keçirilən qrant müsabiqələrində ailə, qadın və uşaq problemləri ilə bağlı mövzuların daim işləndiyini bildirib. O əlavə edib ki, təhlildə yer alan bir sıra maraqlı faktlar, gələcəkdə qrant mövzularını seçərkən diqqətə alınacaq.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri  Elnur Əliyev ümumtəhsil müəssisələrində sağlam mühitin formalaşdırılmasının uşaqların inkişafına, təlim-tərbiyəsinə, eləcə də təhsilinə də təsir etdiyini qeyd edib. O, təhlildə əksini tapan bir sıra məqamların Nazirliyin fəaliyyətində diqqətə alınacağını əlavə edib.

Tədbir müzakirə ilə davam edib. İştirakçılar çıxış edərək, təhlilə münasibət bildirib, onları narahat edən mövzularda fikir və tövsiyələrini səsləndiriblər. Millət vəkilləri Tahir Kərimli, Sədaqət Vəliyeva, Elşad Mirbəşiroğlu çıxışları zamanı uşaq hüquqları sahəsində görülən tədbirlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürüblər.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir