Azərbaycanda uşaqlar arasında yayılan virusların adı açıqlanıb

0

Azərbaycanda uşaqlar arasında yayılan virus infeksiyalarının adı açıqlanıb.

K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun (OMD) baş həkimi Azər “Əhmədov mətbuata müsahibəsində bildirib ki, bu il ölkədə uşaqlar arasında mövsümi xəstəliklərə rast gəlinir.

O qeyd edib ki, əvvəlki illərlə müqayisədə ötən ilin noyabr ayından sanki xəstə sayında artım müşahidə edilib: “Təbii ki, həmin xəstəliklərin hamısı da bildiyimiz virus infeksiyalarıdır. Bu da tənəffüs yolu infeksiyalarına səbəb olan virus və bakteriyalardır. İlk dövrlərdə uşaqlar arasında respirator sinsitial virus dediyimiz infeksiya çoxluq təşkil edirdi. Bunu daha sonra qrip kimi tanıdığımız “İnfluenza” virusu əvəzlədi. Daha sonra az sayda adenavirus, Epstein-Barr virusu (EBV) gösrək də daha çox bakterial infeksiyaların A qrupundan olan Beta hemotilik streptokok dediyimiz boğaz infeksiyası yayıldı. Bu, 5 yaşdan yuxarı uşaqlarda daha təhlükəli fəsadlara yol aça bilir. Bu fəsadlara ciddi revmatizm, ürək zəifliyi aiddir. Hazırda həmin infeksiyalara az-az da olsa, rast gəlinir. Lakin yoluxma hallarının azalmasını müşahidə edirik. Bu da təbiidir. Çünki payız-qış mövsümünün bitməsinə yaxınlaşırıq”.

A.Əhmədovun geniş müsahibəsini bundan oxuya bilərsiniz.

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir