Azərbaycanda toyuq ətinin qiyməti bahalaşdı
Son vaxtlar ölkədə toyuq əti bahalaşıb.
“turaninsesi.az” məlumatına görə, qiymət artımını satıcılar da təsdiqləyirlər.
Satıcıların sözlərinə görə, toyuq ətinin birdən-birə bahalaşması satışa da təsir edib.
İqtisadçı Xalid Kərimli deyir ki, toyuq yemi üçün məhsul qıtlığı qiymət artımına səbəb olub. Məhsuldarlığın aşağı düşməsi və maya dəyərinin artması qiymətlərə təsir edir.
Ekspert həmçinin bildirib ki, son dövrlər qoyun və mal ətinin də bahalaşması quşçuluq məhsullarının qiymətinə təsir edən amillərdəndir.
Məsələ ilə bağlı “Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyindən bildirilib ki, qiymət artımının səbəbi broylerlərdə yetişdirmə prosesinin gecikməsidir. Bu isə yemlərin əlavə və qatqılarının olmaması ilə bağlıdır. Belə ki, yem əlavə və qatqılarının çatışmaması səbəbindən əvvəllər 35 günə yetişdirilən quşlar indi 48 günə kəsimə hazır olur.