Azərbaycanda nikahlar azalıb, boşanmalar artıb
Azərbaycanda boşanmaların sayı artıb.
Bu barədə “Turanın səsi ” nə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-iyulunda 29 191 nikah və 12 610 boşanma halları qeydə alınıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,1-dən 4,9-a düşmüş, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb.