Azərbaycanda daha 58 nəfər koronavirusa yoluxub, 1 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 58 yeni yoluxma faktı qeydə alınıb, 47 nəfər müalicə olunaraq sağalıb.

Turanın səsi ” xəbər verir ki , Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 829 857 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 819 219 nəfər müalicə olunaraq sağalıb, 10 185 nəfər vəfat edib, aktiv xəstə sayı 453 nəfərdir.

Ölkədə son sutka ərzində 931, hazırkı dövrədək isə 7 560 679 test aparılıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir