Azərbaycanda 36 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 36 yeni yoluxma faktı qeydə alınıb, 38 nəfər müalicə olunaraq sağalıb.
“Turanın səsi ” xəbər verir ki , Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 828 819 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 456 nəfər müalicə olunaraq sağalıb, hazırda 225 aktiv xəstə var. Bu günə qədər 10 138 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 665, bu günə qədər isə ümumilikdə 7 53 288 test icra olunub.