Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ – Bu maşınlar bahalaşdı 

0

Cari ilin yanvar-aprel aylarında Azərbaycana 43 milyon 429 min dollar dəyərində 1 012 ədəd elektromomobil idxal olunub. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib. 

2023-ci iln eyni dövrü ilə müqayisədə elektromobillər dəyər ifadəsi ilə 19 milyon 658 min dollar və ya 83%, miqdar ifadəsi ilə 444 ədəd və ya 78 artıb. 2023-cü ilin 4 ayı ərzində 23 milyon 771 min dollar dəyərində 568 ədəd elektromobil gətirilmişdi. 1 ədəd elektromobilin orta qiyməti 2024-cü ilin 4 ayına görə  42 914  dollar (72 954 manat), 2023-ci ilin eyni dövründə isə 41 854 dollar (71 146 manat) olub.

“Turanın səsi ” in xəbərinə görə , son bir ildə elektromobillər 1 064 dollar (1 808 manat) və ya 3% bahalaşıb.

Bəs elektromobil avtomobillərin bahalaşmasına başlıca səbəb nədir? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, bahalaşmanın səbəbi avtombillərin idxalına qoyulan il məhdudiyyətidir: 

“Çünki illə bağlı müəyyən məhdudiyyətlər var. Ümumiyyətlə, nəzərdə tutulan güzəştlər məhz avtomobilin buraxılış ilinə bağlıdır. Avtomobilin istehsal ili yüksəldikcə təbii ki, onun qiyməti də artır. Əgər nəzərdə tutulan illərlə bağlı məhdudiyyətlər indiki kimi qalacaqsa, təbii ki, bu qiymətlərin artımına da təsir göstərəcək. Çünki elektrik və hibrid avtomobillərdə son 3 il, digər avtomobillərlə bağlı isə 8-10 il məhdudiyyət var. Yəni bu məhdudiyyətlər qanunvericilikdə illə bağlı olan məhdudiyyətlər olduğuna görə, qiymətlərin bahalaşmasına səbəb olan əsas amilə çevirilib. Məntiqlə avtomobil nə qədər yenidirsə, bir o qədər bahadır. Ona görə də, son statistik məlumatlar təəccüblü deyil. Faktiki olaraq, bu məlumatlar onu göstərir ki, illə bağlı məhdudiyyətlərə yenidən baxmağa ehtiyac var”. 

Ekspert qeyd edib ki, idxal zamanı qoyulan il məhdudiyyəti dəyişdirilməlidir:

“Məsələn, mən düşünürəm ki, elektrik avtomobilləri ilə bağlı verilmiş qərarın ümumiyyətlə mənasını tam anlamaq mümkün deyil. Çünki son 3 ildə istehsal olunan elektrik avtomobili ilə, son 8 ildə istehsal olunan elektrik avtomobili arasında heç bir fərq yoxdu. Onların sadəcə dizaynında və daxili interyerində fərqli çalarlar ola bilər. Amma onların iş prinsipinə görə heç bir fərqi yoxdur. O zaman nəyə görə bu qərar son 3 ilə şamil edilməlidir? Heç olmasa bu qərar son 8 ilə şamil edilsə, onda daha ucuz avtomobilləri ölkəyə gətirmək mümkün olar. Belə olan təqdirdə əhalinin alıcılıq qabiliyyəti də buna uyğun formalaşar”. 

Nazim Hacıyev 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir