Atmosferə atılan çirkləndirici maddələrin 73%-i Bakının payına düşür – HƏYƏCAN TƏBİLİ

İl ərzində atmosferə 144 min 432,4 ton çirkləndirici maddə atılıb.

turaninsesi.az” xəbər verir ki, bunun 73%-i və ya 105 min 291,5 tonu paytaxt Bakıya aiddir.

Bunun isə təxminən yarısı 2 rayonun – Nizami və Səbail rayonlarının payına düşüb.

Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev deyir ki, Azərbaycanda olan maşınların 85 faizi Bakıdadır, onlardan isə havaya insan boyu hündürlüyündə çirkli tullantılar atılır.

Ənvər Əliyev bildirib ki, son illər Bakı şəhərinə yağıntılar yağır. Loru dillə desək, şəhər həftədə bir dəfə təbii yolla yuyulur.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI