Allahşükür Paşazadə: “Əfv Komissiyasında ömürlük məhbuslarla bağlı müraciətlərə baxılır”
Hacı Allahşükür Paşazadə
“Əfv Komissiyasında ömürlük məhbuslarla bağlı müraciətlərə də baxılır”.
“Turanın səsi ” xəbər verir ki, bunu Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.
O, Əfv Komissiyasının iclaslarında iştirak etdiklərini bildirib: “Müraciətləri oxuyan zaman görürük ki, əvvəlcə inkar etsələr də, sonradan öz günahlarını qəbul edirlər”.
A.Paşazadə vurğulayıb ki, ömürlük məhbuslarla bağlı müəyyən fikirlər var: “Bu, birbaşa dövlət başçısının səlahiyyətində olan bir məsələdir”.