Abşeronda dəhşətli qəza: Ata və iki oğlunu maşın vurdu

Abşeronda yol-nəqliyyat hadisəsi baş verib, ikisi azyaşlı olmaqla 3 nəfər xəsarət alıb.
“turaninsesi.az” xəbər verir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb.
Belə ki, yolu keçmək istəyən 33 yaşlı atanı və onun 6 və 7 yaşlı oğlanlarını avtomobil vurub. Qəza zamanı hər 3 şəxs ağır xəsarət alıb.
Yaralılar dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI