600 min evin hamısı söküləcək? – Sənədləşmə ilə bağlı AÇIQLAMA
“Sənədsiz evlərin dəqiq sayını demək bir az çətindir. Bu, 600 min də, 1 milyon da ola bilər. Yalnız inventarlaşdırma işləri həyata keçirildikdən sonra bəlli ola bilər.”
“Turanın səsi ” in xəbərinə görə , əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bu barədə açıqlamasinda bildirib.
Ekspert əlavə edib ki, sənədsiz evlərin gələcək taleyi qeydiyyat orqanının məsələyə yanaşmasından asılı olacaq: “Fikrimcə, qeydiyyat orqanı bu tikililərin sənədləşdirilməsi istiqamətində maraqlı görünmür. Bu məsələdə obyektik və subyektiv yanaşmalar var. Amma yanaşmaların əksəriyyəti subyektivdir.
Son 2-3 ilin müşahidələri göstərir ki, qeydiyyat orqanı bu cür problemi saxladıqca, ortaya zəlzələ və digər problem çıxır. Vətəndaşlar mövcud reallığı nəzərə alaraq dəyərindən 10 dəfə çox artıq vəsait ödəyərək öz evlərini sənədləşdirirlər. Ortalığa qoyulan qərarlar, normativ hüquqi aktlar bu problemin daha qabarıq şəkildə ortaya çıxmasına səbəb olur”.
Ramil Osmanlı qeyd edib ki, 2019-cu ildə qəbul olunmuş konsepsiyada göstərilirdi ki, təyinatından asılı olmayaraq bütün torpaq sahələrində inşa edilmiş fərdi yaşayış evləri sənədləşdiriləcək:
“Lakin bu məsələdə istisnalar var. Mühafizə zolaqlarında yerləşən tikililər, avtomobil yolları, dəmiryol xətləri, yüksək gərginlikli elektrik xətləri, magistral qaz və neft kəmərləri kimi mühafizə zolaqlarının ərazisində yerləşən tikililər söküləcək və onlara sənəd verilməyəcək. Eyni zamanda vulkanik və aktiv mədən ərazilərində yerləşən tikililər istisna olmaqla, digər tikililərin sənədləşdirilməsi məsələsinə baxılırdı. Lakin sonradan bu proses dayandı. Bu gün yeni qərar qəbul olunacaqsa, bu istiqamətdə olacaq. Çünki yanaşma bundan ibarətdir”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI