30 qəpiklik yod sabiq nazirə baha başa gəldi
Keçmiş rabitə naziri Siruz Abbasbəyli dayanma-durma qaydalarını pozduğuna görə cərimə olunub.
“Turanın səsi ” in əldə etdiyi məlumata görə , bu barədə Siruz Abbasbəyli özü məlumat yayıb.
“Yaşasın “YPX fotoqrafları”. Aptekdən 30 qəpiyə yod alırsan, çıxanda 20 manat 30 qəpiyə başa gəlir. “Əla!” – sabiq nazir qeyd edib.
Xatırladaq ki, Siruz Abbasbəyli 1993-1997-ci illərdə rabitə naziri vəzifəsində çalışıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI