Zəngilanda ümumilli lider Heydər Əliyevin anım mərasimi olub

Zəngilanın Ağalı kəndində müasir Azərbaycanın banisi, ümummilli lider Heydər Əliyevin vəfatının 19-cu il dönümü ilə əlaqədar anım mərasimi keçirilib.

“Turanın səsi”  xəbər verir ki, tədbirdə Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəliyi , Zəngilan rayonu polis şöbəsinin rəisi polis polkovniki cənab Bəkir Cabbarov və şöbənin polis heyəti , idarə və müəssisələrin rəhbərləri, Ağalı kəndi tam orta məktəbinin müəllim və şagird heyəti, kənd sakinləri, qazilər, ictimaiyyət nümayəndələri iştirak edib.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələyinin inzibati binasında yerləşən “Heydər Əliyev guşəsi”ndə Ulu Öndərin büstü önünə gül dəstələri düzülərək, dünya şöhrətli siyasətçinin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dahi şəxsiyyətin parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.

Tədbir iştirakçıları müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin mənalı həyatından və çoxşaxəli fəaliyyətindən söz açıb.

Daha sonra Ağalı kənd tam orta məktəbində ulu öndər Heydər Əliyevdən bəhs edən “Heydər Əliyev – Dahi şəxsiyyət” sənədli filmi nümayiş olunub.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir