Dövlət qulluqçusu olmayan bəzi işçilərin yeni aylıq vəzifə maaşları müəyyənləşib – CƏDVƏL
Dövlət qurumlarında çalışan dövlət qulluqçusu olmayan bəzi işçilərin yeni aylıq vəzifə maaşları müəyyənləşdirilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Belə ki, qərara əsasən, dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçilərinin də aylıq vəzifə maaşları 2022-ci il yanvarın 1-dən aşağıdakı məbləğdə müəyyən edilib:
Qeyd edək ki, indiyədək dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin siyahısına xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s. daxil idi.