Bakıda evdə silah-sursat aşkarlandı

Xəzər rayonu ərazisində silah-sursat aşkarlanıb.
Bu barədə “turaninsesi.az“-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən evlərin birindən 1 qumbara, 1 avtomat silahı, 1 patron darağı və 12 ədəd patron tapılaraq götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI