Rubio: ABŞ İrana bu icazəni verə bilməz

Birləşmiş Ştatlar İranın nüvə silahı əldə etməsinə icazə verə bilməz
“turaninsesi.az” xəbər verir ki, bunu dövlət katibi Marko Rubio bildirib.
“Biz İranın nüvə silahına sahib olmasına və bütün dünyanı girov saxlamasına icazə verə bilmərik”, – deyən Rubio qeyd edib ki, “Hizbullah” və HƏMAS kimi Yaxın Şərq qrupları maddi sərvətlərinə görə İrandan asılıdırlar və onların arxasında İran xalqı deyil, İran rejimi dayanır.
Dövlət Departamentinin rəhbəri Vaşinqtonun İranın nüvə silahı hazırlamasının qarşısını almaq üçün ABŞ-ın hansı vasitələrin ixtiyarında olduğunu dəqiqləşdirməkdən imtina edib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI