Milli Məclisin sədri Sahibə QafarovaTailand Nümayəndələr Palatasının sədr müavini ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Tailand Krallığının Nümayəndələr Palatasının sədr müavini Paradorn Prissananantakul ilə görüşüb.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib


Görüşdə APA-nın plenar sessiyasının yüksək səviyyədə təşkil olunduğu, bu təşkilatın bir çox mühüm məsələlərin müzakirəsi baxımından əhəmiyyətli beynəlxalq platforma olduğu diqqətə çatdırılıb. Həmçinin bu cür tədbirlərin təşkilata üzv ölkələr arasında dialoqun gücləndirilməsi və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından da vacib rolu qeyd edilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI