Milli Məclisin sədri Sahibə QafarovaBəhreyn Krallığının Şura Məclisinin sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının 15-ci plenar iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Bəhreyn Krallığının Şura Məclisinin sədri Əli Saleh Abdulla Əlsaleh ilə görüşüb.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Görüşdə Azərbaycan paytaxtında 15-ci plenar iclasın uğurla təşkil olunduğu qeyd edilərək, APA çərçivəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Bildirilib ki, bu təşkilat Asiya ölkələri arasında əməkdaşlığın genişləndirilməsinə töhfə verən mühüm bir platformadır. Bu təşkilat üzv ölkələrin qanunverici orqanları arasında əməkdaşlığa və təmasların artmasına da imkan verir. Söhbət zamanı Azərbaycanın sədrliyi dövründə təşkilatın funksional inkişafı, üzvlərinin sıralarının genişləndirilməsi istiqamətində görülən işlər müsbət qiymətləndirilib.






⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI