Çin 2 liderin görüşünü təşkil etməyə çalışır

Çin hakimiyyəti bu yaxınlarda Vaşinqtona ABŞ və Rusiya prezidentləri arasında Ukrayna mövzusunda sammit keçirmək təklifi göndərib.

turaninsesi.az”  “The Wall Street Journal”a (WSJ) istinadla xəbər verir ki, bu barədə mənbələr danışıb.

Məsələ ilə tanış olan şəxslərin fikrincə, Çin rəsmiləri son günlər vasitəçilər vasitəsilə Trampın komandası ilə iki lider arasında sammit keçirmək və potensial atəşkəsdən sonra sülh səylərini təşviq etmək üçün əlaqə saxlayıblar.

ABŞ və Avropa Pekin və Moskvanın sıx əlaqələri ilə bağlı narahatlıqlar ucbatından bu fikrə həvəssiz yanaşıblar.

Mənbələr Çinin belə bir sammiti Ukrayna prezidenti Vladimir Zelenskinin iştirakı olmadan planlaşdırdığını qeyd edib.

Çin prezidenti Si Zinpin Ukrayna böhranının Pekinin Moskva ilə münasibətlərinə xələl gətirməyəcək şəkildə həllinə kömək etmək istəyir. Onun təşəbbüsləri Çin və Rusiya Federasiyası arasında iqtisadi əlaqələrin azalması demək deyil.

Yeri gəlmişkən, ABŞ-ın vitse-prezidenti Vensın Cümə günü Münhen Təhlükəsizlik Konfransında Vaşinqtonun danışıqlarla bağlı mövqeyini səsləndirəcəyi gözlənilir. 2 avropalı məmur bildirib ki, ABŞ prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq avropalı diplomatlara Ukrayna böhranına ən qısa zamanda son qoymaq variantları barədə Trampı məlumatlandırmaq niyyətində olduğunu deyib.

Ağ Ev Pekindən təklifin alındığını təsdiqləməyib, lakin onu tənqid edib. Administrasiya rəsmisi “Bu, qətiyyən mümkün deyil”, – deyib.

Xatırladaq ki, Tramp və Putin Çərşənbə günü telefonla danışıblar. ABŞ prezidenti bildirib ki, o, Rusiya prezidenti ilə Ukraynadakı münaqişəyə son qoymaq üçün danışıqlar prosesinə başlamaq barədə razılığa gəlib.