Misir prezidenti ABŞ-na səfərini ləğv etdi
![](https://turaninsesi.az/wp-content/uploads/2025/02/resize-4-128.jpeg)
Misir prezidenti Əbdülfəttah əs-Sisi Trampın Qəzza planına görə ABŞ-a səfərini ləğv edib.
“turaninsesi.az” xəbər verir ki, buna səbəb Qahirə ilə Vaşinqton arasında fələstinlilərin Misir və İordaniyaya köçürülməsi planı ilə bağlı gərginlikdir.
Mənbələrin bildirdiyinə görə, Misirin siyasi rəhbərliyinə təqdim olunan hesabatda bu, Vaşinqtonla münasibətlərdə 30 ildən çox müddətdə ən ciddi gərginlik kimi səciyyələndirilib.
Fevralın 18-nə planlaşdırılan səfərin təxirə salınmasının digər səbəbi də Tramp administrasiyasının yüksək rütbəli rəsmilərinin Misirin narazılığına reaksiyası, habelə ABŞ prezidentinin Sisini “general” adlandırmasıdır.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI