Trampın yeni hədəfi
![](https://turaninsesi.az/wp-content/uploads/2025/02/Messenger_creation_7098481402792370668-1.jpeg)
ABŞ prezidenti Donald Tramp NATO-ya üzv olan ölkələrin ÜDM-nin 5 faizini hərbi sahəyə xərcləməyə səsləyib. Tramp bu barədə müdafiə naziri Pete Heqsetə Avropa səfəri öncəsi tapşırıq verib.
“turaninsesi.az” xarici mediaya istinadən xəbər verir ki, hazırda NATO ölkələri ümumi daxili məhsullarının cəmi 2 faizini hərbi sahəyə ayırır. Trampın fikrincə, bu hazırki vəziyyətdə olduqca aşağı göstəricidir.
Fransa, Almaniya və İspaniya kimi qabaqcıl NATO ölkələri ABŞ prezidentinin yanaşmasından kəskin narazıdır.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI